Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu "Yurqorden" doğma meydanda "Malmö"nü qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Xallarını 30-a yüksəldən "Yurqorden" 16 komanda arasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi