Almaniyanın "Leyptsiq" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi PSJ-dən Əl-Şaday Bitşiabunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leyptsiq" 18 yaşlı mərkəz müdafiəçisi üçün Paris klubuna 15+5 milyon avro təzminat ödəyəcək. Fransa U-19 millisinin üzvü yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Əl-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. Gənc arxa xətt oyunçusu əsas komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi