İtaliyanın "Yuventus" klubu yarımmüdafiəçi Filippo Ranokkiyanı icarəyə verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi 22 yaşlı futbolçunu "Empoli"yə göndərib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İtaliyalı orta xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Empoli"də keçirəcək.
Qeyd edək ki, Filippo Ranokkiya son mövsümü icarə əsasında "Montsa"da keçirib. İtaliya U-21 millisinin üzvü A Seriyasında meydana çıxdığı 14 matçda 1 qol vurub.
saytlarin hazirlanmasi