"Bavariya" sabiq "Fənərbaxça"lı üçün 50 milyon avro ödədi

21:18 - 18 İyul 2023

Almaniyanın "Bavariya" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Napoli"nin oyunçusu Kim Min-Ceni rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Bavariya" cənubi koreyalı mərkəz müdafiəçisi üçün Neapol təmsilçisinə 50 milyon avro təzminat ödəyib. 26 yaşlı futbolçu Bundesliqa klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Napoli" Kim Min-Ceni 2022-ci ilin yayında "Fənərbaxça"dan transfer etmişdi. Cənubi Koreya milli komandasının üzvü İtaliya klubunun heyətində meydana çıxdığı 45 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti