Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Qarabağ"ın potensial rəqibləri olan "Flora" və "Rakuv" üz-üzə gəlib. Estoniyada baş tutan qarşılaşma Polşa klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda da rəqibini 1:0 hesabı ilə məğlub edən "Rakuv" iki görüşün nəticəsinə əsasən II təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Qarabağ" sabah "Linkoln" səddini keçəcəyi təqdirdə növbəti mərhələdə "Rakuv"la qarşılaşacaq.
saytlarin hazirlanmasi