Bu gün Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.
Ağdam təmsilçisi səfərdə keçirilən görüşdə 2:1 hesabı ilə qalib gəlməyi bacarmışdı. Bu cütün qalibi ÇL-in ikinci təsnifat mərhələsində “Rakov” önünə çıxacaq.
“Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) 4:0
Qollar: Abdullah Zubir, 7, Bəhlul Mustafazadə, 45+1, Redon Cica, 50, Marko Yankoviç, 62
Baş hakim - Eldoryan Hamiti (Albaniya)
İlk oyun - 2:1
Bakı, Olimpiya stadionu.