İspaniyanın "Jirona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "Barselona"dan Pablo Torreni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında "Jirona"nın heyətində keçirəcək.
Qeyd edək ki, "Barselona" Pablo Torreni ötən ilin yayında "Rasinq"dən transfer edib. Gənc ispan futbolçu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi