Polşanın "Rakuv" klubunun baş məşqçisi David Şvarqa Çempionlar Liqasının II təsnifat mərhələsində kiminlə qarşılaşmaq istədikləri haqda danışıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqibinin çalışdırıcısı suala konkret cavab verməyib. O, beynində olan komanda ilə qarşılaşacaqlarını bildirib:
"Çempionlar Liqasının II təsnifat mərhələsində kiminlə oynamaq istərdik? Cavab çox sadədir. Bununla belə, mən bu barədə danışmıram. Düşünürəm ki, beynimdə olan komanda ilə oynayacağıq".
Qeyd edək ki, "Rakuv" ilk mərhələdə Estoniyanın "Flora" klubunu mübarizədən kənarlaşdırıb. "Qarabağ" bu gün "Linkoln" səddini keçsə, II mərhələdə polşalılarla üz-üzə gələcək.
saytlarin hazirlanmasi