Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Udineze"nin müdafiəçisi Rodriqo Bekanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı mərkəz müdafiəçisi Türkiyəyə gedib tibbi müayinədən keçdikdən sonra 4 illik rəsmi müqaviləyə qol çəkəcək. "Fənərbaxça" bu keçid üçün futbolçunun klubuna 9+1 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Rodriqo Bekan "Udineze"yə 2019-cu ilin yayında Braziliyanın "Baiya" klubundan keçib. Braziliyalı arxa xətt oyunçusu İtaliya təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 28 rəsmi matçda 2qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi