Millimiz Kiprə məğlub oldu

20:19 - 19 İyul 2023

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Kosovanın paytaxtı Priştinadakı Avropa çempionatında ilk oyununu keçirib.

Sportal.az xəbər verir ki, yığma komanda C divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 51:65 hesablı məğlubiyyəti ilə başa çatıb.

Milli növbəti matçını iyulun 21-də Ermənistana qarşı keçirəcək.

Xəbər xətti