PSJ dünən transfer etdiyi futbolçunu icarəyə verdi

19:59 - 19 İyul 2023

Fransanın PSJ klubu bir gün əvvəl PSV-dən transfer etdiyi Xavi Simonsu icarəyə verib.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı vingeri "Leyptsiq"ə göndərib. Gənc ön xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında Bundesliqa təmsilçisində keçirəcək.

Qeyd edək ki, Xavi Simons ötən ilin yayında PSJ-dən PSV-yə keçmişdi. Niderland millisinin üzvü Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 21 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti