2023/2024 mövsümünün transfer fəaliyyətini davam etdirən “Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Tiaqo Silvanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı qapıçıyla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, portuqaliyalı futbolçu daha əvvəl ölkəsinin “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi