"Qarabağ"ın Çempionlar Liqası II təsnifat mərhələsinin "Rakuv"la keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Lukas Fendrix olacaq. Ona həmyerliləri Yonas Enri və Giyom Mer köməklik göstərəcək. Matçın dördüncü hakimi funksiyasını isə Lionel Çudi yerinə yetirəcək.
Qeyd edək ki, "Rakuv" - "Qarabağ" qarşılaşması 26 iyul tarixində Bakı vaxtilə saat 22:15-də start götürəcək. Komandalar arasında cavab oyunu isə avqustun 2-də Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi