Çempionlar Liqasının son qalibi olan "Mançester Siti" "transfer bomba"sını açıqlamağa hazırlaşır.
Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisi "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolun keçidini həll edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Xorvatiyalı futbolçu ilə şəxsi şərtləri daha əvvəldən razılaşdıran "şəhərlilər" artıq onun klubu ilə də anlaşma əldə edib. "Mançester Siti" 21 yaşlı mərkəz müdafiəçisi üçün Almaniya klubuna 100 milyon avro təzminat ödəyəcək. Bu, tarixin ən bahalı müdafiəçi transferi olacaq.
Qeyd edək ki, "Leyptsiq" Yoşko Qvardiolu 2021-ci ilin yayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya millisinin üzvü son mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol vurub.
saytlarin hazirlanmasi