Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Legiya"da çıxış edən Maik Narkoçki ilə maraqlanır. "Sarı-qırmızılar" 22 yaşlı mərkəz müdafiəçisi üçün Varşava klubuna rəsmi təklif göndərəcək.
Polşalı arxa xətt oyunçusunu "Seltik" də transfer etmək istəyir.
Qeyd edək ki, "Legiya" Maik Narkoçkini ötən ilin yayında "Verder"dən transfer edib. O, komandanın heyətində meydana çıxdığı 60 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi