Avropa Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Neftçi"nin II turdakı rəqibi bəlli olub. Bakıda "Azərsun Arena"da baş tutan oyunda Minsk "Dinamo"su ilə Bosniya və Herseqovinanın "Jelezniçar" klubları üz-üzə gəlib. Bosniyalılar 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Neftçi" ilə "Jelezniçar" arasında oyunlar 27 iyul və 3 avqust tarixlərində baş tutacaq.
saytlarin hazirlanmasi