Avropa Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda Ermənistanın "Ararat" klubunu qəbul edib.
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. İlk oyunda da heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da tərəflər hərəyə 2 dəfə fərqləib. Penaltilər seriyasında daha dəqiq olan ermənilər növbəti raunda yüksəlib.
Vüsal İsgəndərli də bu oyunun iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 28 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi