"Qalatasaray"ın yetirməsi "Fənərbaxça"da - RƏSMİ

10:16 - 21 İyul 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in yarımmüdafiəçisi Bartuğ Elmazı rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Fənərbaxça" 20 yaşlı orta xətt oyunçusu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Bartuğ Elmaz "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü ötən ilin yayında "sarı-qırmızılar"dan ayrılaraq "Marsel"ə keçmişdi. Gənc futbolçu Fransa təmsilçisinin B komandasının heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti