"Barselona"dan ayrılan daha bir futbolçu Messinin komanda yoldaşı oldu

10:51 - 21 İyul 2023

ABŞ-ın "İnter Mayami" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləmdirib.

Sportal.az xəbər verir ki, MLS təmsilçisi "Barselona"dan ayrılan Jordi Albanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sol cinah müdafiəçisi ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Jordi Alba "Barselona"nın yetirməsidir. İspaniya millisinin sabiq üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 459 rəsmi matçda 27 qol və 99 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Barselona"nın sabiq futbolçuları Lionel Messi və Serxio Buskets də "İnter Mayami"də çıxış edir.

Xəbər xətti