İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "İnter"dən Andre Onananı rənglərinə bağlayıb. Bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.
"Mançester Yunayted" 27 yaşlı qolkiper üçün İtaliya klubuna 51+4 milyon avro ödəyəcək. Kamerunlu "əlcək sahibi" yeni klubu ilə 5+1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Andre Onana "İnter"ə ötən ilin yayında "Ayaks"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə keçmişdi. Təcrübəli qapıçı Milan təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda qapısında 36 qol görüb. O, 19 görüşdə çərçivəni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi