"Qəbələ"nin rəqibi serbiyalı hücumçu transfer etdi

11:56 - 21 İyul 2023

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin ki rəqibi olan "Omoniya" hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Kipr klubu "Voyvodina"dan Veljko Simici rənglərinə bağlayıb. Bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Serbiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.

Veljko Simic "Voyvodina"ya 2021-ci ilin yayında "Srvena Zvezda"dan keçmişdi. 28 yaşlı ön xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 37 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qəbələ" "Omoniya" ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Xəbər xətti