"Lester Siti"dən ayrılan müdafiəçi "Beşiktaş"da

12:32 - 21 İyul 2023

Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Lester Siti"dən ayrılan Daniel Amartini heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçisi artıq İstanbula gəlib. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Daniel Amarti "Lester Siti"yə 2016-cı ilin yanvar ayında "Kopenhagen"dən keçmişdi. Qana millisinin üzvü "tülkülər"in heyətində son mövsümdə 24 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti