Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl Nəsr"dən Sedrik Bakambunu rənglərinə bağlayıb. Bu barədə yerli mətbuat xəbər yayıb.
32 yaşlı forvard Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi ilə müqaviləsini ləğv edib. Konqolu hücumçu bu gün Türkiyə vaxtı ilə saat 17:00-da İstanbula gedərək rəsmi müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Sedrik Bakambu bir neçə gün .əvvəl "Əl Nəssr"ə transfer olmuşdu. Təcrübəli ön xətt oyunçusu son mövsümü "Olimpiakos"da keçirib.
saytlarin hazirlanmasi