"Milan"dan 15 milyon avroluq hücumçu transferi

15:11 - 21 İyul 2023

İtaliyanın "Milan" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Zaltsburq"dan Noa Okaforu transfer edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

23 yaşlı forvardın sabah tibbi müayinədən keçəcəyi gözlənilir. "Milan" ön xətt oyunçusu üçün Avstriya klubuna 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Zaltsburq" Noa Okaforu 2020-ci ilin yanvar ayında "Bazel"dən transfer edib. İsveçrə millisinin üzvü son mövsümdə komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti