İngiltərənin "Börnli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqaya yüksələn klub "Beşiktaş"dan ayrılan Natan Redmondu rənglərinə bağlayıb. Bu barədə "Börnli"nin mətbuat xidməti məlumat yayıb.
İngiltərəli ön xətt oyunçusu yeni klubu ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Natan Redmond 2022-ci ilin yayında "Sauthempton"dan "Beşiktaş"a keçmişdi. 29 yaşlı vinger "qara qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi