Messi debüt matçında gözəl qol vurdu - VİDEO

09:47 - 22 İyul 2023

Lionel Messi yeni klubu "İnter Mayami"də debüt edib.

Sportal.az xəbər verir ki, argentinalı hücumçu Şimali Amerika Liqa Kubokunun ilk turunun "Krus Asul"la matçında iştirak edib. 36 yaşlı ön xətt oyunçusu 54-cü dəqiqədə meydana daxil olub.

Qarşılaşma "İnter Mayami"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Lionel Messi 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasına qələbə qazandıran qolu vurub.

Xəbər xətti