"Qalatasaray" müdafiəçisini icarəyə verdi

10:27 - 22 İyul 2023

Türkiyənin "Qalatasaray" klubu müdafiəçi Matias Rossu icarəyə verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı arxa xətt oyunçusunu NEK-ə göndərib. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

Danimarkalı mərkəz müdafiəçisi 2022/2023 mövsümünü Niderland təmsilçisində keçirəcək. "Cim bom" icarə haqqı olaraq 250 min avro əldə edəcək.

Qeyd edək ki, "Qalatasaray" Matias Rossu 2022-ci ilin yayında "Olborq"dan transfer edib. Futbolçu komandanın heyətində meydana çıxdığı 2 Super Liqa matçında 1 qol vurub.

Xəbər xətti