"Qarabağ" yeni transferi Patrik Andradeni Çempionlar Liqası oyunları üçün UEFA-ya sifariş edib.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin adı II təsnifat mərhələsinin "Rakuv"la matçları üçün iştirak ərizəsinə daxil edilib. Baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə kabo-verdeli oyunçu Polşa klubu ilə görüşlərdə iştirak edəcək.
"Qarabağ" "Partizan"dan transfer etdiyi Patrik Andrade ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ" "Rakuv"la ilk matçı iyulun 26-da səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 2 avqust tarixində Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi