"Trabzonspor"dan ayrılan Dorukhan Toközün yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını "Adana Demirspor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü Adana təmsilçisi ilə 3+1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Dorukhan Toköz 2021-ci ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Trabzonspor"a keçmişdi. Təcrübəli futbolçu Qara Dəniz təmsilçisinin heyətində meydada çıxdığı 41 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi