Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Lans"dan Jan Onananı rənglərinə bağlayıb. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
"Beşiktaş" 23 yaşlı orta xətt oyunçusu üçün Fransa klubuna 4 milyon avro təzminat ödəyib. Kamerunlu futbolçu "qara qartallar"la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Lans" Jan Onananı 2022-ci ilin sentyabr ayında "Bordo"dan transfer etmişdi. Kamerun millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində 23 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi