"Barselona"dan ayrılan Samuel Umtitinin yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, fransalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu "Lill"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Liqa 1 təmsilçisi Fransa millisinin sabiq üzvü ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Barselona" Samuel Umtitini 2016-cı ilin yayında "Lion"dan transfer etmişdi. Təcrübəli arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Leççe"də keçirib.
saytlarin hazirlanmasi