Futbol üzrə Polşa Ekstraklasasında 2023/2024 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" ilk matçına çıxacaq. Çenstohova təmsilçisi doğma meydanda "Yaqelloniya"nı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtilə saat 19:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" "Rakuv"la ilk matçı iyulun 26-da səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 2 avqust tarixində Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi