"Qarabağ"ın oyunu bu göstəricidə ikinci oldu

13:58 - 22 İyul 2023

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

Sportal.az xəbər verir ki, ən çox tamaşaçı İsraildə baş tutan "Makkabi" (Hayfa) - "Hamrun" görüşündə (2:1) qeydə alınıb. Qarşılaşmanı 28 613 nəfər tribunadan izləyib.

"Qarabağ"ın "Linkoln"la keçirdiyi matç (4:0) isə siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionunda baş tutan oyunda 19 453 azarkeş qeydə alınıb.

Xəbər xətti