Obameyanq yeni klubu ilə müqavilə imzaladı

14:30 - 22 İyul 2023

Fransanın "Marsel" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Çelsi"dən PyerrEmerik Obameyanqı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Marsel" 34 yaşlı forvard üçün London klubuna təzminat ödəməyib. Qabonlu futbolçu yeni klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Çelsi" Pyerr-Emerik Obameyanqı ötən ilin sebtyabr ayında "Barselona"dan transfer etmişdi. Təcrübəli ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti