Səudiyyə Ərəbistanının "Əl Əhli" klubu Kilian Mbappe üçün fantastik təklif göndərməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, ərəblər 24 yaşlı forvarda görə PSJ-yə 400 milyon avroluq rəsmi təklf göndərəcək. Bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
Asiya təmsilçisinin rəhbərliyi fransalı hücumya illik 200 milyon avro olmaqla 2 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü son mövsümdə Paris təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi