"Qəbələ"nin rəqibi Super Kubok matçında məğlub oldu

15:29 - 22 İyul 2023

Kipr Super Kubokunun qalibi bəlli olub.

Sportal.az xəbər verir ki, həlledici oyunda Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya” son ölkə çempionu "Aris"lə qarşılaşıb. Matç Nikosiya təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Kiprdə baş tutacaq.

Xəbər xətti