Adı Azərbaycan klubları ilə hallanan Yevgeni Konoplyanka karyerasını Rumıniyada davam etdirəcək.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, ÇFR ukraynalı vingerlə razılıq əldə edib. 33 yaşlı ön xətt oyunçusu sabah Kluja gedərək rəsmi müqaviləyə qol çəkəcək.
Təcrübəli futbolçunun aylıq maaşının 20 min avrodan çox olmayacağı bildirilir.
Qeyd edək ki, Yevgeni Konoplyanka son olaraq "Krayova"da çıxış edib. Ukrayna millisinin sabiq üzvü Polşa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi