"Rakuv"un futbolçusu: "Qarabağ" keçiləsi rəqibdir"

17:34 - 22 İyul 2023

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv"un futbolçusu Marçin Çebula Polşa mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 27 yaşlı vinger Azərbaycan çempionunun keçilməz rəqib olmadığını bildirib:

"Qış toplanışında “Qarabağ”la hazırlıq matçı keçirmişdik. Onların necə komanda olduqlarını bilirik. Biz də Polşa çempionuyuq. Meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq. İnanıram ki, bu, "Qarabağ" keçiləsi rəqibdir. Lakin biz yüksək səviyyədə oynamalıyıq".

Qeyd edək ki, "Qarabağ" "Rakuv"la ilk matçı iyulun 26-da səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 2 avqust tarixində Bakıda baş tutacaq.

Xəbər xətti