Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Romen Saissi Qətərin "Əl Sədd" klubuna satıb. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.
Super Liqa təmsilçisi mərakeşli mərkəz müdafiəçisinin satışından 2,5 milyon avro gəlir əldə edib. Təcrübəli futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Romen Saiss 2022-ci ilin yayında "Vulverhempton"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Beşiktaş"a keçmişdi. 33 yaşlı arxa xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi