Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Asiya təmsilçisi "Zenit"dən Malkomu rənglərinə bağlayıb. Bu barədə Rusiya mətbuatı mətbuatı məlumat yayıb.
Ərəblər braziliyalı yarımmüdafiəçi üçün Sankt-Peterburq təmsilçisinə 60 milyon avro təzminat ödəyib. 26 yaşlı vinger illik 20 milyon avro maaş alacaq.
Qeyd edək ki, "Zenit" Malkomu 2019-cu ilin yayında "Barselona"dan transfer edib. "Sambaçı" Rusiya təmsilçisinin heyətində meydana çıxdığı 109 rəsmi matçda 42 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi