Azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi "Anderlext"dən Boqdan Mixayliçenkonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı sol cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Anderlext" Boqdan Mixayliçenkonu2020-ci ilin yayında "Zarya"dan transfer etmişdi. Ukraynalı arxa xətt oyunçusu son mövsümü icarə əsasında Donetsk "Şaxtyor"unda keçirib.
saytlarin hazirlanmasi