"Trabzonspor"dan ayrılan Mark Bartranın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ispan müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan sözləşmənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Trabzonspor" Mark Bartranı 2022-ci ilin yayında "Betis"dən transfer edib. İspaniya millisinin sabiq üzvü "bordo-mavilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.