Almaniyanın "Hoffenhaym" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Fənərbaxça"dan Atilla Salaini rənglərinə bağlayıb. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu 25 yaşlı mərkəz müdafiəçisinin keçidindən 12,3 milyon avro gəlir əldə edib. Macarıstan millisinin üzvü "Hoffenhaym"la 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Fənərbaxça" Atilla Salaini 2021-ci ilin yanvar ayında "Apollon"dan transfer edib. O, son mövsümdə komandanın heyətində 52 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi