"Bavariya"nı "Borussiya"ya dəyişdi - RƏSMİ

22:15 - 24 İyul 2023

Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi "Bavariya"nın yarımmüdafiəçisi Marsel Sabitseri rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Borussiya" 29 yaşlı orta xətt oyunçusu üçün Münhen təmsilçisinə 19 milyon avro təzminat ödəyib. Avstriya millisinin üzvü yeni klubu ilə 2027-ci ilin yayında kimi nəzərdə tutulan sözləşmə imzalayıb.

Qeyd edək ki, "Bavariya" Marsel Sabitseri 2021-ci ilin yayında "Leyptsiq"dən transfer etmişdi. Təcrübəli futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Mançester Yunayted"də keçirib.

Xəbər xətti