"Yuventus" "Barselona"nın futbolçusunu istəyir

22:51 - 24 İyul 2023

İtaliyanın "Yuventus" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Turin təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Frank Kessyedir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Yuventus" Fil Dişi Sahili millisinin üzvünü satınalma bəddi ilə icarəyə götürmək istəyir. "Barselona" satınalma məbləğinin 15 milyon avro olaraq təyin olunmasına çalışır.

Qeyd edək ki, Frank Kessye ötən ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. 26 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rsəmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti