"Rakuv" Çempionar Liqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində sabah doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Polşa təmsilçisinin baş məşqçisi David Şvarqa jurnalistlərin suallarını cavablandırıb:
- Avropada böyük təcrübəsi olan güclü rəqiblə qarşılaşacağıq. "Rakuv" da avrokuboklarda təcrübə əldə etmiş komandadır. İnanıram ki, son illərdə əldə etdiyimiz təcrübə "Qarabağ"la matçlarda bizə kömək edəcək. Əminəm ki, komandam öz oyun üslübunu, xarakterini göstərə biləcək. Həm çempionatda, həm avrokuboklarda biz öz oyun fəlsəfəmizi göstərmişik. Sabah da xarakter göstərərək yaxşı oyun nümayiş etdirəcəyik.
- "Qarabağ"la qışda yoxlama oyunu keçirmişdiniz. Həmin matçın sabahkı qarşılaşmaya təsiri olacaq?
- Əlbəttə ki, yoxlama matçlarında rəqibi təhlil etmək çox vacibdir. Amma hazırlıq matçlarında tam nəticəyə gəlmək mümkün deyil. Rəqib komandanı tam tanımaq üçün meydanda oynamaq lazımdır. Əlbəttə ki, qışda keçirdiyimiz oyunu nəzərə alırıq. Amma bu, bizim üçün həlledici amil deyil. Əsas olan hər iki komandanın sabahkı qarşılaşmaya hazırlığıdır.
- "Qarabağ"la matçda əsas nəyə və hansı oyunçuya diqqət yetirmək lazımdır?
- Dediyim kimi, "Qarabağ" avrokuboklarda zəngin təcrübəsi olan komandadır. Azərbaycan təmsilçisi uzun müddətdir olan strukturu və nizam-intizamı ilə seçilən kollektivdir. "Qarabağ"ın çox gözəl oyun sistemi var, yüksək pressinq və topla oynamaqla seçilirlər. Rəqib hücumda güclüdür. Biz bunların hamısına hazırıq. İnanıram ki, uğurlu nəticə əldə etmək üçün hazırlığımız kifayət qədərdir.
- "Qarabağ"ın Polşa klubları ilə keçirdiyi oyunların nəticəsi hamıya məlumdur. Bunu nəzərə alaraq, Azərbaycan klubu ilə keçmişdə qeydə alınan nəticələrin futbolçulara təsir etməməsi üçün psixoloji söhbətlər aparırsınız?
- Bu nəticələr bizim motivasiyamıza təsir göstərmir. Oyuna tam hazırıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi