"Rakuv"un futbolçusu Ben Lederman Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunun güclü komanda olduğunu bildirib:
- Sabah bizi vacib oyun gözləyir. "Qarabağ"ın necə güclü komanda olduğunu, avrokuboklarda hansı uğurlar əldə etdiyini hər kəs bilir. Biz də güclü komandayıq. Bacardığımız qədər öz gücümüzü göstərəcəyik. İnanıram ki, uğur qazanacağıq.
- "Qarabağ"ın əvvəlki illərdə Polşa klublarını məğlub etməsi sizi psixoloji cəhətdən narahat etmir?
- Hər oyun fərqlidir. Biz əvvəlki illərdə olduğu kimi güclü komandayıq. Düşünmürəm ki, bu amil oyunun keyfiyyətinə təsir göstərsin. "Qarabağ"la matç üçün planımız var.
saytlarin hazirlanmasi