"Qarabağ"ın futbolçusu Marko Veşoviç Polşa mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, 31 yaşlı sağ cinah müdafiəçisi Çempionlar Liqası II təsnifat mərhələsində rəqibləri olan "Rakuv" haqda danışıb. Təcrübəli arxa xətt oyunçusu Çestohova təmsilçisini yaxşı rəqib adlandırıb:
"Püşkatmadan əvvəl dedim ki, qarşılaşmaq istəmədiyim komandalar var. "Rakuv" da onların arasında idi. Lakin bu, qismətdir. Biz bunun fərqindəyik, görüşə hazırlaşacağıq. Şadam ki, ilk oyun Polşada, cavab görüşü isə Bakıda keçiriləcək.
"Rakuv" meydanda yaxşı görünür. Bunu təkcə I təsnifat mərhələsinin "Flora" ilə matçının nəticəsinə əsaslanaraq demirəm. Onların mövsümöncəsi oyunlarını izləməmişəm. Bəzi vacib oyunçularını itiriblər. Yeni futbolçuların vaxta ehtiyacı olacaq. Baş məşqçi getsə də, komandanı onun köməkçisi götürdü. "Rakuv"un bir fəlsəfəsi, oyun tərzi var, diqqətlə təhlil etməliyik.
Bakıda bizə lazım olan hər şey var. Burada özümü pis hiss etsəydim, yeni müqavilə imzalamazdım".
saytlarin hazirlanmasi