Mahir Emreli oynadı, "Dinamo" "Astana"nı darmadağın etdi

23:52 - 25 İyul 2023

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komndasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" doğma meydanda "Astana"nı qəbul edib. Qarşılaşma Zaqreb təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 80-ci dəqiqədə Bruno Petkoviçin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü 2 avqust tarixində Qazaxıstanda baş tutacaq.

Xəbər xətti