"Qalatasaray" futbolçusunu icarəyə verdi

18:31 - 26 İyul 2023

Türkiyə Super Liqasına yüksələn "Samsunspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, "ağ-qırmızılar" "Qalatasaray"dan Taylan Antalyalını rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi 2023/2024 mövsümünü icarə əsasında "Samsunspor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Qalatasaray" Taylan Antalyalını 2019-cu ilin yayında "Ərzurumspor"dan transfer edib. Təcrübəli orta xətt oyunçusu son mövsümü icarə əsasında "Ankaragücü"də keçirib.

Xəbər xətti